Lənkəranda oğurluq etməkdə təqsirləndirilən Təbriz Sadıxzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə,iş baxılması üçüm Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Lənkəran rayon sakini Təbriz Sadıxzadənin bankomatların yaxınlığında dayanaraq kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui-istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib. T.Sadıxzadəyə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. İş üzrə 24 nəfər şübhəli şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə
