Məzmuna keç

“Azəralüminium” barədə inzibati protokol tərtib olundu

"Azəralüminium" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 518.1-ci maddəsi (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, " Azəralüminium" MMC üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə