"Səs Avropa Eşitmə Mərkəzi Gəncə" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 428.7.3-ci maddəsi (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi) ilə inzibati protokol tərtib olunub.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.
Şəbnəm Mehdizadə
