Məzmuna keç

İnşaat şirkətinə cərimə yazıldı

"XDR İnşaat" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məclləsinin 430.4-cü maddəsi (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə