Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən Adil Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Ramiz Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasInın vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Adil Hüseynov şəhər ərazisində marşrut avtobusunda bir sərnişinin çantasından pul və mobil telefon oğurlamaqda təqsirləndirilir. Ona qarşı 177.2.5-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
