Məzmuna keç

Bankomatdan pul çıxaran qadını talayan şəxslərin məhkəməsi başlayır

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Eybət Cavadov və Səttar Abdullayevin cinayət işi üzrə ibtidaqi istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Faiq Qasımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyullun 4-nə təyin olunub.

Qeyd edək ki, Pirallahı qəsəbəsi ərazisində bir qadının bankomatdan pul çıxarmaq üçün kartını verdiyi şəxsin onun 310 manatını çıxarıb talayaraq qaçması barədə polisə məlumat daxil olub. Əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluğa görə məhkum olunmuş Eybət Cavadov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Səttar Abdullayev müəyyən olunaraq saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə