Məzmuna keç

MTK yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məhkəməlik oldu

"AQ" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məclləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MTK üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin hazırlıq iclasının vaxtı iyulun 5-nə təyin olunub.

Şəbnəm Mehdizadə