Göygöldə ölümlə nəticələnən ağır yol qəzası törətməkdə ittiham olunan Elmir Yusibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən il dekabrın 1-də Göygöl Olimpiya Kompleksinin yaxınlığında baş verib. Minik avtomobilinin ağaca çırpılması nəticəsində 1990-cı il təvəllüdlü Bəsti Aslanova hadisə yerində dünyasını dəyişib. Qəza zamanı 1988-ci il təvəllüdlü Elmir Yusibov, 1999-cu il təvəllüdlü Bayram Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev və 1997-ci il təvəllüdlü Aişə Hacıyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. A.Hacıyeva dekabrın 12-də müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib. Qəzanı törətməkdə təqsirli bilinən Elmir Yusibova qarşı 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
