Məzmuna keç

Keçmiş arvadının qətlində ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Astarada keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yusif Verdiyevin cinayət işi üzrə ibtidai istintaq baş açatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Müşfiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 6-da keçiriləcək.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Yusif Verdiyev mart ayının 13-də Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanı qətlə yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə