Məzmuna keç

Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlandı

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

İmtahan cari ilin iyul ayının 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28).

Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni iyul ayının 06-dan etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62