Məzmuna keç

Dəmir yollarından oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayır

Bakıda dəmir yollarından oğurluq etməkdə təqsirləndirilən Böyükağa Hüseynov, Elçin Ağayev və Şükür Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 6-na təyin olunub.

Qeyd edək ki, dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə 6 ədəd drossel-transformatorlar naməlum şəraitdə oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində maddi sübutlarla birlikdə saxlanılıblar. Bu hadisə nəticəsində dəstə üzvləri dəmir yolları təsərrüfatına 10 min manata yaxın maddi ziyan vurublar.

Şəbnəm Mehdizadə