Göyçayda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Əhsən Kazımovun cinayət işi üzrə ibtidai istintaq baça çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 6-na təyin olunub.
Qeyd edək ki, İnçə kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Cavidan Ələsgərov həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhsən Kazımov tərəfindən bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisənin Cavidan Ələsgərovun Əhsən Kazımovun telefon zənglərinə və mesajlarına cavab verməməsi səbəbindən baş verdiyi bildirilir. Ə.Kazımova qarşı Cinayət Məcəlləsi 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
