Məzmuna keç

“Oba Market” cərimə oluna bilər

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) ilə inzibati protokol tərtib olunub.

İşə Zaqatala Rayon Məhkəməsində hakim Tural Həsənovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə