Məzmuna keç

“Modern Medical” 30 min manatadək cərimələnə bilər

"Modern Medical" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) ilə inzibati protokol tərtib olunub.

İşə Cəlilabad Rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Modern Medical" iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə