Məzmuna keç

Silsilə oğurluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

İsmayıllıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Raqub Hacılının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İş hakim İlqar Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Raqub Hacılı rayonun Quşencə kəndi ərazisində ümumilikdə 6 evdən samovar və mis materialdan olan digər məişət əşyalarını oğurlayaraq zərərçəkənlərə 2300 manat maddi ziyan vurmaqda ittiham olunur. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı samovarları rayon ərazisində ayrı-ayrı misgərlərə satdığı məlum olub.

Şəbnəm Mehdizadə