Məzmuna keç

Tikinti şirkətinə cərimə yazıldı

"Amal Tikinti" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Protokol təsdiq olunsa, "Amal Tikinti" inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə