Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Aqil Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Şah İsmayıl Xətai prospektində baş verib. Belə ki, Aqil Sadıqov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu vuraraq hadisə yerindən qaçıb. Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aqil Sadıqova qarşı Cinayət Məcəlləsinin 263-1.30-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
