Məzmuna keç

Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların sayı açıqlandı

“Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır”.

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib: “Bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstusiya və qanunların şərhidir. Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib”.