Məzmuna keç

“Yeni Dünya” MTK cərimə oluna bilər

"Yeni Dünya" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Yeni Dünya" MTK üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə