Məzmuna keç

Arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Astarada həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Fərmayil Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nizami Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Astara rayonunun Şiyəkəran kəndində baş verib. 1991-ci il təvəllüdlü Fərmayil Əliyev Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Sevda Ramazanova və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirib. Sonuncu aldığı xəsarətlər nəticəsində ölüb.

Şəbnəm Mehdizadə