Məzmuna keç

Xarici şirkətin Azərbaycandakı filialına cərimə yazıldı

"Dentons Europe (Central Asia) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İXM-nin 598.1.3-cü maddəsinə əsasən, maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə