Məzmuna keç

“Komfort Həyat” MTK barədə inzibati protokol tərtib olundu

"Komfort Həyat" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü (İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MTK iki min manatdan üç min manatadək məbləğdə cərimə oluna bilər.

Şəbnəm Mehdizadə