Məzmuna keç

Atasını qətlə yetirməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı

Xızıda atasını qətlə yetirməkdə təqsirləndirilən Sənan Aftilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, martın 23-də saat 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub. S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə