Məzmuna keç

“Azəralüminium” cərimələnə bilər

"Azəralüminium" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Daşdəmirov icraatına verilib.

Protokol təsdiq olunsa, "Azəralüminium" üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə