Məzmuna keç

Gömrük Komitəsi bu şirkətə cərimə yazdı

"Rəcəbli Fermer Təsərrüfatı" MMC-ə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilib. İşə hakim İxtiyar Abuşovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Rəcəbli Fermer Təsərrüfatı” min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə