Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin avqustun 2-də Abşerov rayonunun Mehdiabad qəsəbəsində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və sonra hadisə yerindən uzaqlaşıb. H.İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
