Məzmuna keç

“İnterşin” cərimə oluna bilər

"İnterşin" MMC-ə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "İnterşin” min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə