Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, Vəkillər Kollegiyasının üzvü Eldar Mikayılov dünyasını dəyişib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, ötən gecə 66 yaşında ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Eldar Mikayılov 2021-ci ildə təqaüdə göndərilmişdi. Sabiq hakim 2022-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdi. O, "De Fendo" Vəkil Bürosunun üzvü idi.
Şəbnəm Mehdizadə
