Məzmuna keç

Tədris mərkəzi müqaviləsiz işçi işlətməkdə günahlandırılır

"Ziya-E Tibb Tədris Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elşən Vəliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Ziya-E Tibb Tədris Mərkəzi" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə