Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Oqtay Quliyev və Marif Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cavid Səfərlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, onların üzərinə keçirilən baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qətranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Onların külli miqdarda narkotik vasitəni onlayn yolla İran vətəndaşından əldə etdikləri və Bakı şəhərinə gətirərək burada satışını təşkil etmək istəyərkən saxlanıldıqları bildirilib. O.Quliyev və M.Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
