"Azsığorta" ASC Nəsimin Rayon İcra Hakimiyyəti, "Kəpəz-F MMC" və "Azərsu" ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, "Azsığorta" Bakı Kommersiya Məhkəməsinə müraciət edərək hər üç quruma qarşı iddia qalıdırb. İşin mahiyyəti açıqlanmayıb.
İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
