"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Red Soks" MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ASC-yə qarşı iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.
İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
