Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.
Prokuror Fuad Musayev təqsirləndirilən Nərgiz Bağıyevanın 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə Nərgiz Bağıyeva 14 il müddətə azadlıqdan məhrum edilib.
