Şəmkirdə evlərdən silsilə oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Şəhriyar Muradov, qardaşı Cəsarət Muradov, İmamqulu Məmmədov, Rəsul Məmmədov, Musaməddin Namazov və Ruslan İsmayılov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus mağaza, fərdi yaşayış evləri ə avtomobilləri qanunsuz yolla daxil olaraq oradan müxtəlif əşyaları oğurlayaraq satmış, əldə etdikləri pulu öz aralarında bölüblər. Şübhəli şəxslərdən 6 nəfəri maddi sübutların böyük əksəriyyəti ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
