Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Firdovsi Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçiriləcək məhəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Orucov Firdovsi Teymur oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə KIA markalı maşın toqquşub. İdarəetmədən çıxan “Opel” yol kənarında dayanan orta yaşlı kişini vurub. Qəza nəticəsində yol kənarında dayanan piyada hadisə yerində ölüb. F.Orucova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
