Məzmuna keç

“Savalan-Aspi Vayneri” şirkəti cərimələnə bilər

“Savalan-Aspi Vayneri” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Qəbələ Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Savalan-Aspi Vayneri” inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə