Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı

"Etay Group İç ve Dış Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filianına cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Rzayevin icraatına verilib.

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə