Məzmuna keç

“Binəqədi Oyl Kompani” 25 min manatadək cərimə edilə bilər

"Binəqədi Oyl Kompani" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Binəqədi Oyl Kompani” iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə