Məzmuna keç

Bakıda piyadanı vuraraq öldürüb qaçan sürücünün ibtidai istintaqı başa çatdı

Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən İsmət Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş haki hakim Rahib Salmanovun icraatıa verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində baş verib. Belə ki, İsmət Əhmədov idarə etdiyi “Reno” markalı avtomobillə piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb. Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb. İ. Əhmədov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə