"Konsul" MənziL-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Protokola hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, MTK üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
