- 18:36
"Xaliq Faiqoğlu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin icraatına verilib.
Protokol təsdiq olunarsa, "Xaliq Faiqoğlu" üç yüz manat məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə