Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törədən Cəmilə Musayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Qələmdar Abbasovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyulun 25-nə təyin olunub.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Cəmilə Musayeva idarə etdiyi avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və sürücü ağır xəsarət alıblar. Zərərçəkənlərin hər ikisi xəstəxanaya yerləşdirilib. Cəmilə Musayevaya qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
