Məzmuna keç

Bakıda bank hesabından oğurluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda vətəndaşın bank hesabından pul oğurlamaqda təqsirləndirilən Niyaməddin İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilüb.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ağstafa rayon sakini Niyaməddin İsmayılov Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 1180 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə