Sumqayıtda vətəndaşların bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Aysel Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Ramiz Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Aysel Əliyeva bankomatların qarşısında qalaraq pul çıxarmaqda köməklik etmək adı ilə zərərçəkənlərin etibarından sui-istifadə edərək onların kartında olan vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. A.Əliyeva əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq edib. Ona qarşı 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. İş üzrə 25 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə
