Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyev təltif olunub.
E-huquq.az-ın məlumatına görə, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncamına əsasən, Quliyev Rauf Rəhim oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
