"Məhkəmə-hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından kifayət qədər önəmlidir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayev "Femida Dialoq Platforması" çərçivəsində sahibkarlarla görüş zamanı deyib.
O bildirib ki, belə bir görüşün təşkil olunması məhkəmə-hüquq sisteminin sahibkarlara olan müsbət münasibətinin göstəricisidir.
"Ümid edirəm ki, dialoqun nəticəsi olaraq sahibkarların məhkəmə sistemində qarşılaşdıqları problemlərlə bağlı çevik qərarlar qəbul ediləcək. Azərbaycanda biznes mühiti bundan sonra daha da güclənəcək və yaxşılaşacaq. Biz bu platformanı davam etdirərək gələcəkdə də belə görüşlər keçirəcəyik. Ola bilsin ki, gələcəkdə regionlarda da bu görüşlər baş tutsun", – M.Musayev qeyd edib.
Şəbnəm Mehdizadə
