Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxslər hakim qarşısına çıxarılır

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Taciəddin Əliyev və Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. Onların üzərilərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan “heroin” aşkar edilib. T.Əliyev və A.Cəfərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə