Biləsuvar rayonunda ağır yol qəzası törətməkdə təqsirləndirilən Teyyub Gözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nüsrət Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Əlinəsib Abdullayev, 1974-cü il təvəllüdlü Natəvan Quliyeva, 1999-cu il təvəllüdlü Sənan Abdullayev və 1999-cu il təvəllüdlü Davud Əlizadə xəsarət alıb. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb. Sürücü Teyyub Gözəlova qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
