Məzmuna keç

Çay evində anasını və tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatdı

Gəncədə 2 nəfəri bıçaqlamaqda təqsirləndirilən Dilqəm Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 26-na təyin olunub.

Qeyd edək ki, hadisə Atatürk prospektində yerləşən çay evində qeydə alınıb. Samux sakini, 16 yaşlı Dilqəm Xəlilov anası 43 yaşlı Nurlana Xəlilovanı və tanışları 24 yaşlı Elgün Məmmədovu bıçaqlayıb. Dilqəm Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.1-ci madəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə