Bakının Binəqədi rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Qubad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 15-də keçiriləcək.
Qeyd edək ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, Qubad Məmmədovu dava zamanı 1996-ci il təvəllüdlü Buqumov Teyyub Nizami oğlunu kürək nahiyyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qubad Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
